Putin və Medvedyevin gəlirləri açıqlanıb - Siyahı

Putin və Medvedyevin gəlirləri açıqlanıb
Oxunma sayı: 2790

Rusiya prezidenti Vladimir Putinin 2017-ci ilin yekunları üzrə gəlirləri təxminən 10 milyon rubl artıb və 18,7 milyona çatıb.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilmiş dövlət başçısının gəlirləri haqqında bəyannamədə göstərilib.

Məlumata əsasən, Putinin daşınmaz əmlakın siyahısına 77 və 153 kvadratmetr olan 2 mənzil, 18 kvadratmetr olan qaraj, həmçinin 2 ədəd QAZ М-21, “Niva” və “Skif” treyleri daxildir.

Rusiyanın baş naziri Dmitri Medvedev isə 2017-ci ildə 8,5 milyon rubl qazanıb ki, bu da 2016-cu illə müqayisədə 21 min azdır. Daşınmaz əmlak siyahısına 40 illiyə icarəyə götürülən 47 sot torpaq sahəsi, 367 kvadratmetr sahəsi olan mənzil, həmçinin QAZ -20 və QAZ-21 daxildir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi