Putin Xəzərə balıq tutmağa gedəcək

putin-xezere-baliq-tutmaga-gedecek
Oxunma sayı: 631

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin Volqa ərazisindəki vəziyyətiylə maraqlanıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Coğrafiya Cəmiyyəti Qəyyumlar Şurasının iclasında məruzəçilərdən biri Baykal gölü və Volqa çayının vəziyyətindən danışıb.

“Volqanın deltası təmizdir?”, - deyə Putin məruzəçidən soruşub.

Dövlət başçısı sualına müsbət cavab aldıqdan sonra bildirib ki, bundan sonra Volqaya balıq tutmağa gedəcək.