Putin Yanukoviçə Rusiya vətəndaşlığı verdi

putin-yanukovice-rusiya-vetendasligi-verdi
Oxunma sayı: 629


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə özünün facebook səhifəsində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşşenko yazıb.

“Yanukoviç, Pşonok, Azarovlar ailələrinə Rusiya vətəndaşlığı almaq üçün Putinlə danışıb razılığa gəlmək müyəssər olub və onlar hələlik özlərini komfortda və quru hiss edə bilərlər... Operativ mənbələrdən aldığımı informasiyalara görə, öyrənmişəm ki, Ukrayna satqınlarına vətəndaşlıq Putinin məxfi sərəncamı əsasında, onların Ukraynanın milli təhlükəsizliyini, müdafiə, hüquq-mühafizə sistemlərini və iqtisadiyyatını dağıtmaqda sədaqətli xidmətlərinə, dövlətə xəyanətlərinə və öz vətəndaşlarını gülləboran eləmələrinə görə verilib” – yazıb Geraşşenko.

Putinin mətbuat katibi Dmitri Peskov isə məsələdən xəbərsiz olduğunu söyləyib.