Putin Yuri Xaçaturovla görüşüb

putin-yuri-xacaturovla-gorusub
Oxunma sayı: 1939

Rusiya prezidenti Vladimir Putin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu qəbul edib.

“Qafqaznfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, bu Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində V.Putinlə ilk görüşü olub. 

Qeyd edək ki, noyabrın 30-da Belarusiyanın Minskdə  KTMT-nin sammiti keçiriləcək. Yuri Xaçaturov sammit ərəfəsində üzv ölkələrə səfər etməkdədir.

Xatırladaq ki, Yuri Xaçaturov 2017-ci ilin aprelin 14-də  KTMT sədri vəzifəsinə təyin edilib.