Putindən ABŞ-ın sanksiyasına cavab - “İt hürər...”

putinden-abs-in-sanksiyasina-cavab
Oxunma sayı: 5029

Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin hazırladığı “Kreml siyahısı”na reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, 114 məmurun və 96 biznesmenin adının yer aldığı sanksiya siyahısı ilə bağlı prezident “İt hürür, karvan keçir. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır” sözlərini işlədib. 

Putin, həmçinin zarafatla adının siyahıda olmamasına görə incidiyini də ifadə edib:

“Biz daha çox özümüz haqda düşünməliyik.  Öz iqtisadiyyatımız, kənd təsərrüfatımızla məşğul olmalıyıq. Səhiyyə, təhsilə dəstək verməliyik. O zaman aydın olacaq ki, hər hansı siyahı formalaşdırmağın, təhdid etmək, qorxutmağın mənasi yoxdur”.