Putindən azərbaycanlı həkimlə bağlı - Sərəncam

Putindən azərbaycanlı həkimlə bağlı
Oxunma sayı: 7716

Rusiya prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.

Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi