Putindən Ərdoğana təbrik zəngi

Putindən Ərdoğana təbrik zəngi
Oxunma sayı: 50

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə əlaqə saxlayıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Rusiya lideri Ərdoğanı konstitusiyaya dəyişikliklə bağlı keçirilən referendumda əldə etdiyi qələbə münasibətilə təbrik edib. 

Tərəflər Rusiya- Türkiyə əlaqələrinin tənzimlənməsi məsələsini də müzakirə ediblər.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, 51 faiz “evet”lə konstitusiyaya təklif edilən dəyişikliklər qəbul edilib və ölkə prezident respublikasına keçid yolunda əsas addımı atıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi