Putindən rekord göstərici - MSK açıqladı

putinden-rekord-gosterici
Oxunma sayı: 1567

Rusiyada ötən gün baş tutan prezident seçkilərində səslərin 99,84 faizi hesablanıb.

“Qafqazinfo” xəbər verir ki, həmin göstəriciyə əsasən, Vladimir Putin seçicilərin 76,66 faiz səsini toplayıb. 

Rusiya Mərkəzi Seçki Komissiyası bəyan edib ki, Putin ölkədə keçirilən son prezident kampaniyaları tarixində ən yüksək nəticəni göstərib. 

56 206 514 seçici səsini toplayan Putin son bir neçə prezident seçkilərində öz nəticəsini də üstələyib və rekorda imza atıb.