Putindən Şərqi Quta ilə barğlı qərar - Hər gün 5 saat vaxt veriləcək

putinden-serqi-quta-ile-bargli-qerar
Oxunma sayı: 2213

Rusiya prezidenti Vladimir Putin Suriyanın Şərqi Quta bölgəsində hər gün yerli vaxtla 09:00-14:00 aralığında hava hücumlarının dayandırılması barədə rus hərbiçilərə əmr verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu müddət ərzində əhaliyə humanitar yardım paylanmasına şərait yaradılacaq.

Bölgədən çıxmaq istəyənlər üçün də təhlükəsiz dəhliz formalaşdırılacaq.

Xatırladaq ki, BMT Şərqi Qutada insanlara humanitar yardım edilməsi və xəstələrə tibbi yardım göstərilməsi üçün 30 gün müddətinə atəşkəs elan edilməsini tələb etmişdi.