Putindən Sobçaka yaşıl işıq - “Yeni prezident qadın ola bilər”

putinden-sobcaka-yasil-isiq
Oxunma sayı: 2787

Xəbər verdiyimiz kimi, müxalifətyönlü teleaparıcı Kseniya Sobçak 2018-ci ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. Bu barədə o, “Vedomosti” qəzetinə göndərdiyi videobəyanatda bildirib.

35 yaşlı aparıcının bu bəyanatına Rusiya prezidenti Vladimir Putinin cavabı gecikməyib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Vladimir Putin bu gün “Valday” beynəlxalq müzakirə klubunun plenar iclasında çıxışı zamanı ölkənin yeni prezidentinin qadın ola biləcəyini vurğulayıb.

“Bizdə hər şey mümkündür”, - deyə V. Putin söyləyib.