Putindən sonra o da boşandı

putinden-sonra-o-da-bosandi
Oxunma sayı: 9160


Xəbərdə deyilir ki, Rotenberqin ikinci arvadı Natalya ilə nikahı hələ bu ilin aprelində pozulub. Yəni onlar prezident Putinin xanımı Lüdmila ilə boşandıqlarını rəsmən elan etməzdən əvvəl ər-arvad deyildilər.

Lakin hələ məhkəmə işi davam edir, Natalya keçmiş əri ilə nikah müqaviləsini qüvvədən düşmüş sayır və əmlakın yenidən bölüşdürülməsində israrlıdır. Əgər məhkəmə onun xeyrinə qərar çıxarsa, Rotenberq milyardlarının yarısını keçmiş arvadına verməli olacaq.

A.Rotenberq vaxtilə Putinlə bir yerdə cüdo məşqi keçib, hazırda o, qardaşı Borislə birlikdə dövlət sifarişi əsasında iri layihələrin həyata keçirilməsi ilə məşğuldur. Təkcə ötən il Rotenberqin şirkətləri 9 milyard rubl dəyərində tenderləri udub. O, “Qazprom”un iri tikinti podratçılarından  biridir.