Putindən xəbərdarlıq - “İnanılmaz böhran olacaq”

putinden-xeberdarliq
Oxunma sayı: 4894

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda dünyaya xəbərdarlıq edib.

"Qafqazinfo" Rusiya mediasına istindən xəbər verir ki, Kreml rəhbəri dünyanın indiyədək görmədiyi iqtisadi böhranla üzləşəcəyini proqnozlaşdırıb:

"Dünya iqtisadiyyatı sarmaşıq kimi yayılan qoruyucu tədbirlər səbəbindən misli görünməmiş böhrana düşə bilər. Tərəflər arasında təktərəfli iş birliyi edilir, bu isə inam hissinin itməsinə, sistematik böhranın yaranmasına gətirib çıxarar. İranla nüvə sazişinin pozulması da bütün regiona mənfi təsir edəcək. Bununla da İranın nüvə proqramı hamı üçün naməlum qalacaq"