“Putinə “3 il ömrü qaldı” deyənlərin dili qurusun”- - Rəsmi açıqlama

putine-3-il-omru-qaldi-deyenlerin-dili-qurusun-
Oxunma sayı: 2973


Rusiya prezidenti Vladimir Putinin xərçəngə tutulması və 3 il ömrünün qalması ilə bağlı Amerika mətbuatında yayılan iddialara prezidentin mətbuat katibi reaksiya verib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Dmitriy Peskov qısaca olaraq “Gözləməsinlər, onların dili qurusun, hər şey qaydasındadır” cavabını verib.

Xatırladaq ki, Amerikada nəşr olunan “New York Post” qəzeti Rusiya prezidenti Vladimr Putinin xərçəngə yaxalandığını iddia edib. Amerikalı yazar Riçard Conson isə Putinlə bağlı yazdığı bioqrafiyada onun 3 il ömrü qaldığını qeyd edib.