Putinə görə gələn erməni jurnalist Bakıya buraxılmadı

putine-gore-gelen-ermeni-jurnalist-bakiya-buraxilmadi
Oxunma sayı: 5302


Erməni soyadı daşıyan, milliyyətcə rus olan jurnalist Anna Saakyan Bakıya buraxılmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist özünün facebook səhifəsində yazıb:

“Bilirsiniz mən niyə utandım? Ona görə ki, mən bu insanlara başa salmağa çalışdım ki, mən milliyətcə rusam. Mən öz soyadımla fəxr edirəm. Nə vaxtsa soyadımı sevgim üçün dəyişdim və qismətimdə onu bir daha dəyişmək varsa, yenə də böyük sevgi ilə edərəm. Mən təəssüf edirəm ki, hönkür-hönkür ağladım, lakin onlara bunu demədim və qürurla uçub getdim. Düzü, bu yorğunluqla bağlı idi. Mən milliyətçilik edib Azərbaycana nifrət etməyəcəm, lakin uşaqlar, məgər aydın deyil ki, biz hamımız Allah qarşısında bərabərik?”

Jurnalist Gömrük Xidmətinin rəisinin onu xoş qarşıladığını, çaya dəvət etdiyini, lakin heç bir halda sərhədi keçməyə icazə vermədiyini və soyadını dəyişdirdikdən sonra yenidən gəlməyi təklif etdiyini yazıb:

“Bilirsiniz ən gülməlisi nə idi? Mən həqiqətən Bakını görməyi, köhnə şəhərin küçələrində gəzməyi çox istəyirdim, lakin təyyarədən dənizin bir parçasını görə bildim...”