Putinə nə olub?

putine-ne-olub
Oxunma sayı: 3636

Rusiya prezidenti Vladimir Putin soyuqlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Cənab prezident soyuqlayıb, lakin bu, onun iş qrafikinə təsir etməyib”, - deyə Peskov söyləyib.

Qeyd edək ki, V. Putin fevralın 12-də gənc menecerlərin “Rusiyanın liderləri” Ümumrusiya müsabiqəsinin finalçıları ilə görüşüb. 

Səsi batan Rusiya lideri yavaşdan danışdığına görə hər kəsdən üzr istəyib.