Putini Ermitaja qoymadılar

putini-ermitaja-qoymadilar
Oxunma sayı: 9201

Rusiya prezidenti Vladimir Putin Ermitaj muzeyinə buraxılmayıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna muzeyin bağlanması səbəb olub.

Putin başına gələnləri zarafata salaraq deyib: “Dünən Ermitaja getmək istədim, qoymadılar. Dedilər, “Ermitaj bağlanıb”. Kalininqradda filialı olsaydı, mən də muzeyə gedərdim”.

Qeyd edək ki, V. Putin Kalininqradda regionlarda muzeylərin, mədəniyyət evləri və təhsil komplekslərinin salınması məsələləri üzrə iclas keçirib.