Putini təhqir edən gürcü aparıcını hansı cəza gözləyir?

putini-tehqir-eden-gurcu-aparicini-hansi-ceza-gozleyir
Oxunma sayı: 1928

Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”a vəkil və hüquq müdafiəçisi Qela Nikolaişvili bildirib.

Onun sözlərinə görə, aparıcı zərərçəkmiş şəxs mənəvi ziyana görə məhkəməyə müraciət etdiyi təqdirdə cərimə ödəməli və ya ictimaiyyət qarşısında üzr istəməli ola bilər:

“Əgər belə bir ittiham varsa, o zaman təhqir olunduğunu hesab edən şəxs mənəvi ziyana görə inzibati cəza və ya üzr tələb edə bilər. Lakin, əlbəttə, Putin bu səbəbdən məhkəməyə şikayət etməyəcək. Buna görə də heç bir şikayət yoxdursa, o zaman məhkəmə işi də olmayacaq”.

Bundan əlavə, vəkil qeyd edib ki, Gürcüstan qanunvericiliyinə əsasən, Qabunia canlı efirdə səsləndirdiyi hər hansı söz və fikrə görə cəzalandırıla bilməz:

“Cinayət Məcəlləsi xüsusilə də bir jurnalistin fikrinə görə ona qarşı ittiham qaldırılmasını nəzərdə tutmur”.