Putini təhqir edən jurnalist işdən çıxarıldı

putini-tehqir-eden-jurnalist-isden-cixarildi
Oxunma sayı: 2441

Gürcüstanın müxalif “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə işdən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qeyd edək ki, Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.