Putinin 12.12.12 müraciəti - Video+Fotolar

putinin-121212-muracieti-videofotolar
Oxunma sayı: 645

Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisdə illik müraciətini səsləndirib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu Putinin sayca doqquzuncu müraciətidir. Builki müraciətdə əsas diqqət yetirilən məsələlərdən biri də ölkədəki demoqrafik göstəricilər olub.

Putin hesab edib ki, Rusiyada ailələr üç uşaqdan ibarət olmalıdır: “Mən əminəm ki, Rusiyada ailələrin üç uşaqlı olması norma olmalıdır”.

Bundan başqa, ölkə başçısı bəyan edib ki, 2015-ci ilə kimi ölkəyə giriş ancaq xarici pasportla həyata keçirilməlidir. Bunu isə onunla izah edib ki, MDB-yə daxil olan ölkələr artıq müstəqil dövlətlər kimi formalaşıblar.

Vladimir Putin həmçinin məmurların xarici mülkiyyətləri üçün məhdudiyyətlərin qoyulmasını da tələb edib. Onun sözlərinə görə, söhbət xarici hesablar, səhmlər və daşınmaz əmlakdan gedir. Bununla yanaşı, Putin xaricdə daşınmaz əmlaka tam qadağanın da tərəfdarı olmadığını əlavə edib. Sadəcə olaraq məmurlar əmlakları haqqında məlumat verməlidirlər.