Putinin Bakı səfərindən maraqlı görüntülər - - Video

putinin-baki-seferinden-maraqli-goruntuler-
Oxunma sayı: 10913


Rusiya prezindenti Vladimir Putin və dövlət başçısı İlham Əliyev dünən  Bakı buxtasında olan Rusiyanın Xəzər donanmasının “Dağıstan” raket  gəmisində olublar. “Qafqazinfo” Kremlin rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkə liderləri Rusiya və Azərbaycan Hərbi Dəniz Qüvvələrini rəhbərlərinin hesabatlarını dinləyiblər. Daha sonra dövlət başçıları gəmi ilə tanış olublar. Komandir gəminin texniki xarakteristikası haqqında məlumat verib. Rusiya hərbi gəmisinin komandiri xatirə olaraq hər iki dövlət başçısına matros köynəkləri hədiyyə edib.Daha sonra Vladimir Putin və İlham Əliyev şəhəri gəzintiyə çıxıblar, Putin “Brilliant əl” filminin çəkilişləri gedən yerlə tanış olub.