Putinin bu şəklini çəkən ölkədən qaçdı- - Foto

putinin-bu-seklini-ceken-olkeden-qacdi-
Oxunma sayı: 6197


Rusiyada prezident Putinin və baş nazir  Medvedevin qadın alt paltarında şəklini çəkən rəssam onu hədələyən telefon zənglərinə və həbs təhlükəsinə görə Rusiyadan qaçıb. O, Sankt Peterburqdan Fransaya gedib. 

“Qafqazinfo” Azadlıq.org-a istinadən xəbər verir ki, rəssam Konstantin Altunin Fransadan Azadlıq Radiosuna deyib ki, o, Fransadan siyasi sığınacaq istəyib.

Altunin hesab edir ki, onun şəkillərinə “hakimiyyətin münasibəti eybəcərdir.”

Altunin bir rəssam kimi yaradıcılıq azadlığına haqqı olduğunu bildirir.

Bazar ertəsi polis rəssamın bir neçə şəklini müsadirə etdi. Altunin bu şəkilləri ilə qeylər əleyhinə qanunvericiliyə etirazını bildirirdi.