Putinin canlı yayımına haker hücumu oldu

putinin-canli-yayimina-haker-hucumu-oldu
Oxunma sayı: 1411

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “Birbaşa xətt” canlı yayımının telefon mərkəzi güclü DdoS hücumuna məruz qalıb.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hücum xarici ölkələrin birindən həyata keçirilib. Qeyd olunur ki, buna görə Putinin vətəndaşlarla telefon əlaqəsində problemlər yaranıb. 

Bu məqamda bildirək ki, canlı yayım yerli vaxtla saat 12:00-da başlayıb və hələ də davam edir.