ANS PRESS “RİA Novosti”yə istinadən bildirir ki, Kseniya Sobçak öz mikrobloqunda nişan üzüyü olan qoşa əl şəkli yerləşdirib, “Təbriklərə görə sağ olun” sözlərini yazıb. Amma qəribədir ki, “Twitter”dəki dostlarından heç kim onu təbrik etməyib.
Rusiyalı aktyor və rejissor Maksim Vitorqan 10 sentyabr 1972-ci ildə sovet aktyorları Emmanuil Vitorqan və Alla Balterin ailəsində dünyaya gəlib. Müxtəlif teatrlarda oynayıb, 1994-cü ildən filmlərə çəkilir.
Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır.