Putinin “KQB” vəsiqəsi ortaya çıxdı - Foto

putinin-kqb-vesiqesi-ortaya-cixdi
Oxunma sayı: 4447

Rusiya prezidenti Vladimir Putinin Şərqi Almaniyada kəşfiyyat orqanlarında çalışdığı zamanlara aid vəsiqəsi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, vəsiqəni Almaniyanın Bild qəzeti ortaya çıxarıb. 

1980-ci illərdə Drezdendə “KQB” agenti kimi çalışan Putinin kəşfiyyat qurumuna aid kartı Ştasi arxivlərindən tapılıb. “Maj. Vladimir Putin” olaraq hazırlanmış kartın imzalı olduğunu və son istifadə müddətinin 1989-cu ildə başa çatdığını göstərən fotosu da yayılıb. 

Arxivin Drezden şöbəsinin rəhbəri Konrad Felberin sözlərinə görə, həmin vəsiqə Putinin Ştasi bürolarına maneəsiz giriş-çıxışını təmin edib. Eyni zamanda, bu vəsiqə sayəsində Putin heç kimə “KQB” cəsusu olduğunu söyləmək məcburiyyətində deyildi. 

Qeyd edək ki, Rusiya prezidenti bir neçə il əvvəl Drezden şəhərinə gedərək orada yaşadığı dönəmdə tez-tez ziyarət etdiyi məkanlara baş çəkmişdi.