Putinin obrazı iki yeni qərb filmindən çıxarıldı

putinin-obrazi-iki-yeni-qerb-filminden-cixarildi
Oxunma sayı: 645

Rusiya prezidenti Vladimir Putinin obrazı iki qərb filmindən çıxarılıb.

“Qafqazinfo”nun “The Hollywood Reporter”ə istinadən verdiyi məlumata görə, söhbət “Qırmızı sərçə” və “Kursk” filmlərindən gedir. 

Buna səbəb kimi rusiyalı hakerlərin təhlükəsindən özünü müdafiə  göstərilir.

Qeyd edək ki, “Qırmızı sərçə”də Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən rus casusdan bəhs olunur. Əsas rolu “Oskar” mükafatı laureatı Cenifer Lourens oynayıb. “Kursk”a gəlinə isə, bu film Lyuk Besson tərəfində əsası qoyulan “EuropaCorp” tərəfindən lentə alınıb və 2000-ci ildə “Kursk” sualtısındakı qəzaya həsr olunub.