“Putinin qalibiyyəti əsassızdır”

putinin-qalibiyyeti-esassizdir
Oxunma sayı: 645

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ABŞ-da nəşr olunan jurnalın redaksiya heyətinin bəyatanına görə, Putinin ilin nüfuzlu siyasətçilərinin reytinq cədvəlində birinci olması ilə bağlı xəbərdə üç səhv var: “Birincisi, təqdim olunan reytinq cədvəli illik deyil, ikincisi, bu cədvəl hələ nəşr olunmayıb, üçüncüsü, jurnalın redaksiya heyətinin amerikalı bloqqer İen Bremmerin açıqladığı reytinq cədvəli ilə heç bir əlaqəsi yoxdur”.

Foreign Polisy bildirib ki, jurnalın tərtib etdiyi heç bir reytinq cədvəlində birinci yer qeyri-amerikalı siyasətçiyə verilməyib, bu əsassızdır. Redaksiya qeydində bildirilir ki, Russia Today kanalı yayılmış xəbəri araşdırıb və açıqlanan reytinqin “Foreign Polisy” jurnalı deyil, İen Bremmerin çalışdığı “Eurasia Group” tərəfindən hazırlandığını müəyyənləşdirib.