“Putinin qərarını alqışlayıram” - Mamuka Baxtadze

putinin-qerarini-alqislayiram
Oxunma sayı: 1860

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze Rusiya Prezidenti Vladimir Putinin Gürcüstana sanksiya tətbiq etməyəcəklərinə dair verdiyi açıqlamaya münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu qərarı alqışladığını söyləyib.

“Təbii ki, yaxşı qərardır və bunu alqışlayıram. Şəxsi mövqeyim belədir ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır", - deyə Mamuka Baxtadze qeyd edib.