Putinin qızı biznesmen ərindən boşandı

Putinin qızı biznesmen ərindən boşandı
Oxunma sayı: 6530

Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova 5 illik həyat yoldaşı, biznesmen Kirill Şamalovdan boşanıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşr bu gün Şamalovun biznesinə həsr etdiyi məqalədə aşağıdakı ifadələrə yer verib: “Adının açıqlanmasını istəməyən 4 mənbə bildirib ki, Şamalovla Putinin kiçik qızı Katerina Tixonovanın birliyi sonlanıb”.

Qeyd edək ki, 31 yaşlı Katerina ilə Kirillin dəbdəbəli toy mərasimi 2013-cü ilin fevralında Sankt-Peterburqun  şimalında V. Putinin dostu Yuriy Kovalçuka məxsus xizək sürmə mərkəzində keçirilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi