Putinin Səudiyyə kralı ilə telefon danışığı oldu

putinin-seudiyye-krali-ile-telefon-danisigi-oldu
Oxunma sayı: 738

Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının kralı Salman Ben Abdüləziz Əl Saudla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər çoxşaxəli Rusiya-Səudiyyə Ərəbistanı əlaqələrinin gələcəkdə daha da möhkəmləndirilməsinə ümidlərini ifadə ediblər.

“İkitərəfli əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub. Hər iki tərəf ticari-iqtisadi və investisiya sahələri daxil olmaqla ali səviyyədə işbirliyini yüksək qiymətləndiriblər. Çoxşaxəli Rusiya-Səudiyyə Ərəbistanı əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi ilə bağlı birgə ümidlərini ifadə ediblər”, - deyə məlumatda bildirilir.