Putinin silah açıqlamasından narahat olublar

Putinin silah açıqlamasından narahat olublar
Oxunma sayı: 1209

Rusiya prezidenti Vladimir Putinin tayı-bərabəri olmayan və istənilən nöqtəni vura biləcək yeni raket istehsal etmələri ilə bağlı ötən gün verdiyi açıqlaması dünyada narahatlığa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel telefon danışıqları zamanı Rusiya liderinin çıxışı ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bu haqda Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert məlumat verib:

“Kansler və prezident (ABŞ-red.) Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda yeni silahlanma ilə bağlı bəyanatından narahatdır”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi