Putinin taleyi - - Fal

putinin-taleyi-
Oxunma sayı: 3245


Qeyd edilir ki, Vladimir Vladimiroviçin fəaliyyəti Rusiya Federasiyasını böhrana aparacaq. Prezident Putinin adı hətta dünyada yanacağın qiyməti ilə də bağlanır. Qeyd olunur ki, əgər Putin 2014-cü ilin aprel ayından sonra hakimiyyətdə qalarsa, qaz və neftin qiyməti ciddi şəkildə aşağı düşəcək. 

Loqinov martın 23-də öz bloqunda yazıb ki, Rusiyanın Putindən azad olmasına bir təqvim ayı qalıb. Beləliklə, münəccimin bəyan etdiyi kimi aprel ayının ortalarına qədər Rusiya prezidenti ilə bağlı ciddi nəsə baş verməlidir. 

Loqinov hətta Putinin 80-90 faiz fiziki cəhətdən xəsarət alacağını, bunun ölümlə nəticələnəcəyini də istisna etmir. Loqinovun proqnozuna görə, Moskvada kütləvi etiraz aksiyalarının baş verəcəyi ehtimalı da yüksəkdir.   

Qeyd edək ki, Putinin xəstəliyi – bel sümüyündən xərçəngə yoluxduğu haqda söz-söhbətlər çoxdan yayılıb. Müxtəlif müəlliflərin iddiasına görə, bu xəstəlik Rusiya prezidentinin ölümü ilə də nəticələnə bilər.