Putinin xanımının gəliri açıqlandı

putinin-xaniminin-geliri-aciqlandi
Oxunma sayı: 654

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kremlin saytında dərc olunmuş bəyannamədə deyilir.
Prezidentin xanımı Lyudmila Putina isə bu müddət ərzində 120 mindən çox rubl qazanıb.

Sənəddə dövlət başçısının iki mənzilə, torpaq sahələrinə, avtopark və “QAZ – M21”, “QAZ – M21 – P” və “Niva” avtomobillərinin yerləşdiyi daha bir 18 km²- lik avtoparklıq əraziyə sahib olduğu bildirilir.

Rusiya prezidenti ilə birgə Nazirlər Kabineti üzvlərinin də gəlirləri dərc edilib. Hökumətin saytında yerləşdirilən məlumatda baş nazir Dmitri Medvedyevin ötən il 5 milyon 814 min rubl, həyat yoldaşı Svetlana Medvedyevanın isə 443 min rubl əldə etdiyi qeyd olunur.

Baş nazirin 367 km² - lik mənzili, torpaq sahələri və iki maşını: “QAZ – 20” və “QAZ – 21”i var. Svetlana Medvedyeva isə sənədə əsasən, “Volkswagen Golf” avtomobilinə sahibdir.

Ən zəngin Kreml məmuru prezidentin köməkçisi Yuri Trutnevdir. O, 210 milyon 610 min rubl, xanımı isə 600 min rubl qazanıb. Onun mülkiyyətinə “Porşe Kayen Turbo”, “Mazerati Qranturismo”, “Volksvagen Tuareq”, “Nissan Patrul” avtomobilləri daxildir.

Hökumət üzvlərinin arasında 2012 – ci ildə ən çox qazanan birinci vitse-prezident İqor Şuvalov olub. O, 226 milyon 386 min rubl qazanıb. Xanımının gəliri isə 222 milyon rubldan çox təşkil edir.

Ən az qazanan isə regional inkişaf naziri İqor Slyunyaev olub. O, 2 milyon 602 min rubl qazanıb. Bununla belə, bu məmur “Buick Special Straight” avtomobilinə, eyni zamanda “Porşe Kayen”ə sahibdir. Nazirin xanımı isə, sənədə əsasən, heç nə qazanmayıb.