Putinin xüsusi nümayəndəsi Əliyevi təbrik etdi

putinin-xususi-numayendesi-eliyevi-tebrik-etdi
Oxunma sayı: 1321

Rusiya prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:
 
“Zati-aliləri, cənab Prezident. Əziz İlham Heydər oğlu. Xalqınızın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Əliyevlər ailəsi, Prezident İlham Əliyev – Azərbaycan xalqının mühüm rəmzləridir. Siz bütün azərbaycanlılar və Azərbaycanın dostları üçün səriştəlilik, mətanət, iradə və ləyaqət rəmzisiniz.

Cənab Prezident, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uğurlar və rifah arzulayıram”.