Putinlə Bəşər Əsəd görüşdü - “Rusiya sayəsində xilas olduq”

Putinlə Bəşər Əsəd görüşdü
Oxunma sayı: 2029

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Soçidə baş tutub. Rusiya lideri Əsədi terrorizmlə uğurlu mübarizəsinə görə təbrik edib. 

Bəşər Əsəd bildirib ki, iki il ərzində hərbi-kosmik qüvvələri və hökumət qoşunlarının birgə hərəkəti nəticəsində əldə edilən uğurlar göz qabağındadır. Suriya lideri qeyd edib ki, Rusiyanın sayəsində ölkəsi bir dövlət kimi xilas ola bilib. Əsədin sözlərinə görə, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkün olub. 

Putin öz növbəsində əlavə edib ki, tezliklə Suriyada terrorçuluqla mübarizədə son nöqtə qoyulacaq. Rusiya lideri onu da vurğulayıb ki, Əsəd sülh və sabitlik tərəfdarı olan hər kəslə işləməyə hazırdır. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi