“Putinlə keçirdiyim saatlar…” - Tramp görüşdən danışdı

putinle-kecirdiyim-saatlar
Oxunma sayı: 3591

“Rusiya ilə yaxşı münasibət qurmaq pis bir şey deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Tramp deyib ki, bir çox kritik məsələ ətrafında müzakirələr aparılıb:

“Qlobal terror bəlasına qarşı əməkdaşlıq aparılmalıdır. Suriya məsələsində də birlikdə edə biləcəyimiz çox iş var. Putinlə keçirdiyim saatlar olduqca faydalı idi. Rusiya ilə dialoqlar parlaq gələcək üçün yeni yollar açacaq. Hesab edirəm ki, bu, daha öncədən edilməli idi”.

ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi haqqında da danışan Tramp qeyd edib ki, seçkilərdə “çirkli əməl” olmayıb:

“Hilari Klintonu çox rahatlıqla məğlub etdim. Xalq bunu başa düşür. Rusiyanın müdaxilə etməsi iddiası ilə bağlı aparılan istintaq iki ölkə arasındakı əlaqələri zədələyir”.