Putinlə Kimin görüş yeri və vaxtı məlum oldu

putinle-kimin-gorus-yeri-ve-vaxti-melum-oldu
Oxunma sayı: 1370

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasındakı görüş 25 apreldə Vladivostokda baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş Russki adasındakı Uzaq Şərq Federal Universitetinin binasında keçiriləcək.

Kim Çen Inın səfəri 26 aprelə qədər davam edəcək. Putin isə görüşdən sonra Çinə səfər edəcək.