Putinlə Lukaşenkonun qeyri-formal görüşü olacaq

putinle-lukasenkonun-qeyri-formal-gorusu-olacaq
Oxunma sayı: 1228

Rusiya və Belarus Prezidentləri 17 iyulda qeyri-formal görüş keçirəcəklər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Prezident Aleksandr Lukaşenkonun Mətbuat xidmətindən bildirilib.

Belarus dövlət başçısı 17-18 iyul tarixlərində Rusiyaya işgüzar səfər edəcək. 

Putin və Lukaşenko 18 iyulda Sankt-Peterburq şəhərində baş tutacaq Belarus və Rusiyanın VI Regional Forumunda plenar iclasda çıxış edəcək və rəsmi danışıqlar keçirəcəklər. Daha sonra qeyri-formal görüş də olacaq. 

Danışıqların əsas mövzusu Moskva ilə Minskin ticari-iqtisadi əməkdaşlığı olacaq.