Putinlə Netanyahunun görüşü təxirə düşdü

putinle-netanyahunun-gorusu-texire-dusdu
Oxunma sayı: 1858

Rusiya prezidenti Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahunun Parisdə gözlənilən görüşü təxirə salınıb.

“Qafqazinfo” “Dunyabulleteni.com”a istinadən xəbər verir ki, buna 17 sentyabrda Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulmasından sonra son günlərdə İsrailin Suriyaya hava hücumlarını davam etdirməsinin səbəb olduğu bildirilir.

Görüşün təxirə salınması səbəbindən Netanyahunun 11 noyabrda Parisdə 1-ci dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirə getməməyi də nəzərdən keçirdiyi qeyd olunur.