Putinlə Sarkisyan görüşdü

putinle-sarkisyan-gorusdu
Oxunma sayı: 2094


“Qafqazinfo” xəbər verir ki, “Media forum” saytının məlumatına görə, Rusiya prezidentinin Novo-Oqaryova iqamətgahında keçirilən görüşdə Putin erməni həmkarını salamlayaraq deyib: “Sizi görməyimə çox şadam. Sağ olun ki, dəvəti qəbul edib gəldiniz. Bu, son vaxtlar sizin ikinci səfərinizdir (Rusiya və Ermənistan prezidentləri bu il martın 12-də də görüşmüşdülər - red.). Sevinirəm ki, bizim münasibətlərimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir. Rusiya Ermənistanın iqtisadiyyat və ticarət sahəsində birinci tərəfdaşıdır və bu tendensiya davam edir”.

Serj Sərkisyan rusiyalı həmkarına dəvətə görə təşəkkür edərək bildirib ki, bir çox məsələ yığılıb qalıb və iki ölkənin münasibətlərini möhkəmlətmək üçün müzakirələr aparıb qərarlar qəbul etməyə ehtiyac var: “Ermənistanla Rusiyanın münasibətləri çoxəsrlik dostluq və qardaşlıq münasibətləri ənənələrinə əsaslanır. İnanıram ki, gələcəkdə də münasibətlər dostluq, əməkdaşlıq və qarşılıqlı yardım prinsiplərinə uyğun inkişaf edəcək. Bir çox həll olunası məsələ var. Onların həlli, iki ölkənin münasibətlərinin yeni, daha yüksək səviyyəyə çatdırılması üçün Moskvaya gəlmişəm”.