Qaçaqmal siqaret müsadirə olundu

qacaqmal-siqaret-musadire-olundu
Oxunma sayı: 832

Gömrük Komitəsinə "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd edilən ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində həmin malların olduğu ehtimal edilən "VAZ 21 099" markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sərnişini ölkə vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən yüklərə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.