Qaçaqmal siqaret və telefon tutuldu

qacaqmal-siqaret-ve-telefon-tutuldu
Oxunma sayı: 1264

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi "HYUNDAI AF-47432A" markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - "Marlboro Gold edge", "Parliament Silver blue", "Parliament Aqua blue", "Parliament Carat" və "Sobranie Super Slims" adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd "Samsung Galaxy J5 (6)" və 6 ədəd "Samsung Galaxy J5 prime" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.