Qaçırdığı 16 yaşlı qızı boğub öldürən şəxs tutuldu- - Fotolar

qacirdigi-16-yasli-qizi-bogub-olduren-sexs-tutuldu-
Oxunma sayı: 2116


“Qafqazinfo”nun məlumatına görə, qaçırdığı qızı öldürən 21 yaşlı gəncə cinayət işi başlanılıb. 

Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-qəsdən adam öldürmə maddəsi ilə iş qaldırılıb və istintaq aparılır. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

İlkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanıb Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.

Qızın öldürüldüyü yerin fotolarını təqdim edirik:

Anar Həşimov