Qaçırdığı “Mercedes”də tutuldu

qacirdigi-mercedesde-tutuldu
Oxunma sayı: 789

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.