Qaçırılan avtomobil təmir sexindən tapılıb

Qaçırılan avtomobil təmir sexindən tapılıb
Oxunma sayı: 955

Noyabrın 3-nə keçən gecə Yevlax Rayon Polis Şöbəsinə müraciət edən  İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib.

“Qafqazinfo”nun  DİN-nin saytına istinadən verdiyi məlumata görə,əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olmasını müəyyən ediblər.

Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.

Ə.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırılması və 200 manat müqabilində nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdirməsi müəyyən edilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi