“Qaçqınkom” da böyük köçdən danışdı

qacqinkom-da-boyuk-kocden-danisdi
Oxunma sayı: 645

Bu barədə “Qafqazinfo”ya açıqlama verən qurumun mətbuat xidmətinin əməkdaşı Elçin Qədimov bildirib ki, BDU-nun yataqxanasında köçürülmə dünəndən başlayıb və hazırda davam edir: “Bunu digər ərazilərdəki yataqxanalara aid etmək olmaz. Biz hazırda yalnız Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünləri köçürürük”.

E. Quliyev onu da əlavə edib ki, prosesin nə vaxt bitəcəyi məlum deyil: “Məcburi köçkünlər üçün Müşfiqabad qəsəbəsində böyük yaşayış kompleksi tikilib. Onlar məhz həmin əraziyə köçürüləcəklər”.

Gülnar