“Qaçqınkom”un strukturu dəyişdi

qacqinkomun-strukturu-deyisdi
Oxunma sayı: 3497

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı  “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.