“Qaçqınlar üçün ayrılan vəsait kifayət qədər artırılıb”

“Qaçqınlar üçün ayrılan vəsait kifayət qədər artırılıb”
Oxunma sayı: 739

Maliyyə nazirinin müavini Azər Bayramov parlamentin beş komitəsinin büdcə ilə bağlı birgə müzakirəsində millət vəkilləri tərəfindən səsləndirilən  təkliflərə cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, nazir müavini qeyd edib ki, bələdiyyələrə ayrılan vəsaitin konkret layihələr üzrə ayrılması təklifi maraqlıdır: “Büdcədə ayrılan  vəsaitin mənbəyi bəllidir. Artırılması qeyri-real görünür. Mədəniyyət sahəsinə ayrılan vəsaitə diqqət edəcəyik. Biz həmişə vəsaitlərin nəticəsinə diqqət edirik. Burada fikirlər səsləndi ki, büdcə sosialyönümlü deyil. Mən bununla razılaşmıram. Büdcənin 36, 6 faizi sosial yönümlüdür. Ayrılan vəsaitin bir qismi tikintisi yarımçıq qalan idman obyektlərinin tikintisinə ayrılacaq. Növbəti ildə qaçqınlar üçün ayrılan vəsait kifayət qədər artırılıb. Müəyyən reallıqları nəzərə almalıyıq. Neftin qiymətinin 45 dollardan götürülməsi indiki reallıqda məqbul rəqəmdir”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, ölkəd aparılan iqtisadi siyasət qeyri-neft sektorunun inkişafıdır: “Burada əsas sahə kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat sahəsidir. Sənaye sahəsində 7 faiz artım proqnozlaşdırılır. Kənd təsərrüfatı  sahəsində 6 faiz, turizm və nəqliyyat sahəsində 5-6 faiz artım gözlənilir”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi