“Qaçqınlara qarşı pis davranırıq” - Makron etiraf etdi

“Qaçqınlara qarşı pis davranırıq”
Oxunma sayı: 325

Fransa prezidenti Emmanuel Makron Avropa İnsan Haqları Məhkəməsindəki çıxışında Avropada terrorizmin cəmiyyətləri də hədəf aldığını deyib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Makron, 47 ölkənin hakimlərinin qarşısında etdiyi çıxışda Avropa ölkələrinin miqrantlar və qaçqınlara laqeyd davrandığını etiraf edib.

O, qaçqınlara sığınacaq verməyən Avropa İttifaqı (Aİ) ölkələrini tənqid edib.

Türkiyə və Rusiya məsələsinə də toxunan Fransa prezidenti, Aİ üzvlərini bu iki ölkə ilə dialoqa çağırıb:

“Bu iki böyük ölkə Avropaya bağlıdır. Onlarla dialoqa girməliyik. Bu ölkələrin vətəndaşları, rəhbərlərinin prioritetlərindən asılı olmayaraq bizim onlar üçün mübarizə aparmağımızı haqq edirlər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi