Qadağan olunmuş filmin rejissoru danışdı- ““Güləhməd” özü söyürdü...”

qadagan-olunmus-filmin-rejissoru-danisdi-gulehmed-ozu-soyurdu
Oxunma sayı: 4420

Fevralın 21-də premyerası baş tutan və 1 gün sonra kinoteatrlardan yığışdırılan “Güləhməd” filminin rejissoru Metin Yücel açıqlama verib.

O, “Qafqazinfo”ya danışaraq baş prodüser Vüqar Cavadovun ittihamlarına cavab verib:

“Necə bir oyun oynayırlar, anlamıram. Amma başdan ayağa yalan danışırlar. Filmi onlara təhvil vermişdim, dedikləri kimi yaxşı deyildisə, niyə kinoteatrlara verdilər? Ssenarini bildikləri halda niyə çəkilişlərə icazə verdilər? Mən çəkilişləri 3 dəfə dayandırdım, layihədə yer almayacağımı söylədim. Yalvardılar, məni yenidən qayıtmağımla bağlı yola gətirdilər. “Güləhməd” rolunu canlandıran şəxs (red: Rəşad Vahidzadə) aktyorluğu bacarmadığı üçün məni günahlandırırdı. 

Deyirdi ki, onun aktyorluq qabiliyyətini ortaya çıxarmıram. Paxıllıq etdi, min oyunlara girdi. O, çəkilişdə özü söyüş və təhqir hesab ediləcək hərəkətlər edirdi. Filmin bütün texniki işləri də özləri etmək istədilər. Bacarmadılar, başqasına müraciət etdilər. Bu mövzuda əlimdə sübut və şahidlərim var. Öz günahlarını mənə atırlar”. 

Qeyd edək ki, V. Cavadov  bildirmişdi ki, rejissor  qeyri-peşəkardır və filmdə söyüş və qeyri-etik ifadələr olduğuna görə kinonun yayımını dayandırıb:

“Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu.  Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.