Qadın ailəsinin gözü qarşısında boğuldu

qadin-ailesinin-gozu-qarsisinda-boguldu
Oxunma sayı: 634

Xəzər dənizinin Sumqayıt sahillərində faciəli hadisə baş verib. “Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Abşeron rayonunun Saray qəsəbəsinin sakini, 1971-ci il təvəllüdlü Mirvari Siyasət qızı Musayeva ailəsi ilə birlikdə dənizdə çimərkən dalğa onu sahildən uzaqlaşdırıb. Həyat yoldaşı onu xilas etməyə çalışsa da, bu mümkün olmayıb. M. Musayeva boğularaq ölüb.

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Lənkəran rayonunun Şağlaser kənd sakini 5 yaşlı Leyla Paşazadə həyətlərində su çəninə düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.

Daha bir boğulma faktı isə Xaçmazda qeydə alınıb. Qusar şəhər sakini Ramiq Zöhrabov Xaçmaz rayonunun Müxtədir qəsəbəsinin dəniz çimərliyində çimərkən suda boğulub.

Eldar